Paşinyan Azərbaycanın şərtlərini qəbul edib-etmədiyini açıqlamalıdır - politoloq


Ermənistan Parlamentinin sədri Alen Simonyan Azərbaycanla sülh sazişi haqqında danışıb.


AFN.az-ın xəbərinə görə, o, Cenevrədəki konfransda çıxış edərkən bildirib ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır. "16 bəndin hamısı razılaşdırılıb” deyə Simonyan bildirib. Lakin bu, elə erməni spikerin açıqlaması olaraq keçdi, heç bir yenilik olmadı.

Siyasi şərhçi Elxan Şahinoğlunun sözlərinə görə, Alen Simonyanın bu çıxışından sonra konkret addımın atılması gözlənilən idi, amma bu baş vermədi: "Yəni baş nazir Nikol Paşinyanın spikerinin sözlərini təsdiq edən açıqlaması olmadı. Bundan iki nəticəyə gəlmək mümkündür: ya Ermənistan parlamentinin sədri açıqlamanı özbaşına verib, məqsədi beynəlxalq aləmin dəstəyini qazanmaq və ölkəsini sülhpərvər kimi göstərmək olub, ya da Alen Simonyan baş nazirinin tapşırığını yerinə yetirib. Əgər ikincidirsə, Nikol Paşinyan yaxın günlərdə bu məsələyə aydınlıq gətirməli, Azərbaycanın şərtlərini qəbul edib-etmədiyini açıqlamalıdır".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu