Maduro 2025-ci il yanvarın 10-da prezident kimi and içəcək
Venesuela prezidenti Nikolas Maduro 10 yanvar 2025-ci ildə keçiriləcək mərasimdə yeni prezident kimi and içəcəyini açıqlayıb.
Paytaxt Karakasda yeni təyin olunan silahlı qüvvələrin komandirləri üçün təşkil edilən mərasimə qatılan Maduro gündəmlə bağlı qiymətləndirmələr edib.
Maduro 2025-ci il yanvarın 10-da Milli Assambleyada (AN) andiçmə mərasiminin keçiriləcəyini bildirib.
Məqsədinin demokratiyanı daha da gücləndirmək olduğunu vurğulayan Maduro, "Bizim layihəmiz birbaşa xalq sosialist demokratiyasıdır. Biz hərbi gücümüzü və xalqımızın qüdrətini millətimizin maraqları üçün gücləndiririk" deyib.
Maduro xüsusi hərbi geyimdə iştirak etdiyi mərasimdə silahlı qüvvələrin yeni təyin olunmuş komandirlərini təbrik edib.
Mənbə: AA