Avstraliya istismardan çıxarılan "Abrams"ları Ukraynaya təhvil verir?


Avstraliya onlarla köhnəlmiş "Abrams" tankını Ukraynaya təhvil verəcək.


AFN.az xəbər verir ki, bu barədə Avstraliyanın ABC telekanalı məlumat yayıb. Bildirilir ki, Avstraliya 49 M1A1 "Abrams" tankını sıradan çıxararaq Kiyevə təhvil verəcək. Bəzi avtomobillərin təmirə ehtiyacı olduğu və ehtiyat hissələri üçün istifadə oluna biləcəyi qeyd edilir.

“Bu tanklar Ukrayna Silahlı Qüvvələrini daha çox atəş gücü və hərəkətliliklə təmin edəcək”, - deyə ABC Müdafiə Sənayesi, Beynəlxalq İnkişaf və Sakit Okean İşləri naziri Pat Conroydan sitat gətirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu