Antoni Blinken: Livan məsələsi diplomatik yolla həll olunmalıdır
Livanın baş naziri Necib Mikati ilə görüşən ABŞ dövlət katibi Antoni Blinken Mavi xətt boyunca davam edən münaqişələrin diplomatik yolla həllini istədiklərini bildirib.
ABŞ Dövlət Departamenti Blinkenin Mikati və Livan parlamentinin sədri Nebih Berri ilə ayrı-ayrılıqda görüşdüyünü açıqlayıb.
Livanda prezident postunun ən qısa zamanda və demokratik yollarla doldurulmasının vacibliyinə işarə edən Blinken ölkədəki siyasi proseslərdə İran və Hizbullahın təsirini görmək istəmədiklərini bildirib.
İsrailin Livana hücumlarına toxunulmayan açıqlamada Blinkenin Mavi xətt boyunca davam edən münaqişələrin diplomatik yolla həllini istədiklərini vurğuladığı qeyd edilib.
Mənbə: AA