2024-cü il Nobel Sülh Mükafatının qalibi məlum olub
2024-cü il Nobel Sülh Mükafatının qalibi məlum olub.
2024-cü il Nobel Sülh Mükafatı Yaponiyanın Nihon Hidankyo təşkilatına nüvəsizləşdirmə sahəsində fəaliyyətinə görə verilib.
Nihon Hidankyo Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılan nüvə bombalarından sağ çıxanlar üçün yaradılıb. Bəs Nihon Hidankyo nədir, niyə Nobel Sülh Mükafatı Nihon Hidankyoya verildi?
2024-cü il Nobel Sülh Mükafatı Norveç Nobel Komitəsi tərəfindən Xirosima və Naqasakiyə atılan atom bombalarından sağ çıxanların yaratdığı Nihon Hidankyo təşkilatına Yaponiyada nüvə silahlarından azad bir dünya üçün göstərdikləri səylərə görə verilib.
Nihon Hidankyo Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılan bombalardan sağ çıxanların yeganə milli təşkilatdır. O, bütün 47 prefekturada Hibakuşa təşkilatları ilə yaradılıb.
Təşkilat 10 avqust 1956-cı ildə 2-ci Ümumdünya Konfransı zamanı yaradılıb.
Nihon Hidankyo qurulduğu gündən bəri yarım əsrdən çoxdur ki, nüvə silahından istifadənin vurduğu dəhşətli zərər və insan iztirabları haqqında ifadə vermək üçün dünyanın bir çox yerinə Hibakuşa nümayəndə heyətlərini göndərir və Hibakuşanın bir daha təkrarlanmamasını təmin etməyə çalışır. Təşkilat bütün dünyada yaradılmış və nüvə silahlarından azad dünya yaratmağa çağırış edir.
Mənbə: Haber Global