Harrisin seçilməsi İsrail üçün ağır nəticələrə səbəb olacaq - Tramp


ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Tramp iddia edir ki, onun demokrat rəqibi Kamala Harrisin mümkün qələbəsi İsrail üçün “ağır nəticələrə” gətirib çıxaracaq.



AFN.az "Politoco"ya istinadən xəbər verir ki, o, bu fikri Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının yəhudi dövləti ərazisinə soxulmasının ildönümü ilə bağlı keçirilən matəm tədbirində çıxışı zamanı bildirib.

“Mən ABŞ pezidenti olsaydım, 7 oktyabr hücumu heç vaxt baş verməzdi” - deyə o bildirib: “Əgər biz bu seçkidə qalib gəlməsək, bu, bütün tərəflər üçün dəhşətli nəticələrə gətirib çıxaracaq. Harrisin mümkün qələbəsi İsrail dövləti üçün ekzistensial təhlükə yaradacaq".

Tramp iddia edib ki, Demokratlar Partiyasının bəzi nümayəndələri antisemit baxışlara malikdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu