Antarktidada bitki örtüyü dəyişir
Dünyanın ən soyuq bölgəsi olan Antarktidada bitki örtüyü iqlim dəyişikliyinin təsiri ilə dəyişir.
İqlim dəyişikliyi səbəbindən temperaturun artması dünyanın ən soyuq bölgəsi olan Antarktidaya da təsir edib. İqlim böhranının izlərinin göründüyü bölgələr arasında olan Antarktidada bitki örtüyü sürətlə dəyişir.
İngilis alimlərinin "Nature Geoscience" jurnalında dərc etdiyi araşdırmada peyk görüntülərinin təhlili göstərir ki, qitədəki bitki örtüyü son qırx ildə çox dəyişib.
1986-cı ildə Antarktika yarımadasının bitki örtüyü bir kvadrat kilometrdən az ərazini əhatə edirdisə, 2021-ci ildə bu sahə 12 kvadrat kilometrə qədər artıb.
Mütəxəssislər qlobal istiləşmə səbəbindən Antarktidada yaşıllaşmanın davam edəcəyini proqnozlaşdırırlar.
Mənbə: DHA