Antarktidada yeni maksimum temperatur qeydə alınıb
Mərkəzi Antarktidada rus alimləri yeni rekord qeydə alıblar. Yerin ən soyuq nöqtəsində temperatur mənfi 34,2 dərəcə Selsiyə çatıb. Bu, bütün müşahidələr tarixində qış üçün maksimum göstəricidir.
Bu barədə Arktika və Antarktika Tədqiqat İnstitutunun (AARI) mətbuat xidməti məlumat yayıb.
“Mərkəzi Antarktidadakı “Vostok” stansiyasında 2024-cü il avqustun 6-da termometr mənfi 34,2 dərəcə isti göstərib”, - tədqiqatçılar qeyd ediblər. İndi stansiyada temperatur artıq mənfi 48,8-ə düşüb, AARİ qeyd edib.
Tipik olaraq, iyul və avqust ayları Mərkəzi Antarktidada ən soyuq aylardır. Orta hesabla, bütün müşahidə illərində iyulda "Vostok"da temperatur mənfi 66,6 dərəcə, avqustda isə mənfi 67,6 dərəcə olub.