Fırtına buludlarında yeni növ qamma şüası emissiyası aşkar edilib


Norveçin Bergen Universitetinin tədqiqatçıları tufan buludlarında stasionar flaşlardan daha qısa davam edən qamma şüalarının yeni növünü aşkar ediblər.


"Nature" jurnalında dərc olunan iki araşdırmada göy gurultulu fırtınalar yüksək hündürlükdə uçuşlar vasitəsilə araşdırılıb.

Tədqiqatlar, tufanlarda aşkar edilən yeni qamma şüalarının emissiyasının əvvəllər məlum olan qamma şüalarından daha çox yayıldığını aşkar edib.

“Qamma şüası flaşları” adlanan şüaların elm adamlarının üzərində çalışdıqları ildırım radiasiyası ilə bağlı itkin halqaya cavab olduğu və ildırım yaradan mexanizmlər haqqında yeni məlumatlar verdiyi bildirilir.

Qara dəliklərin ətrafındakı qamma şüalarının rentgen şüalarından daha güclü olduğunu bildirən tədqiqatçılar, bu kəşflə hava hadisələri və ildırımın meydana gəlməsi ilə bağlı daha doğru və vaxtında proqnozlar verilə biləcəyini qiymətləndirirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu