Yerdən 64 işıq ili uzaqlıqdakı ekzoplanet lax yumurta qoxuya bilər


ABŞ-dan olan tədqiqatçılar müəyyən ediblər ki, Yerdən təxminən 64 işıq ili uzaqlıqda olan ekzoplanet atmosferində aşkar edilən hidrogen sulfid səbəbindən "lax yumurta" qoxusu yayır.

"EurekAlert" saytının xəbərinə görə, ABŞ-ın Cons Hopkins Universitetinin tədqiqatçıları "James Webb" Kosmik Teleskopunun məlumatları əsasında "HD 189733 b" adlı ekzoplanetin atmosferini tədqiq ediblər.

Tədqiqatçılar Yerdən təqribən 64 işıq ili uzaqlıqda olan bu ekzoplanetin atmosferində az miqdarda hidrogen sulfid aşkar ediblər və ekzoplanetin bu molekula görə “lax yumurta kimi” qoxuya biləcəyini qeyd ediblər.

Tədqiqatçılardan biri olan astrofizik Guanguei Fu, verdiyi açıqlamada, təxminən 950 dərəcə Selsi istiliyinə sahib olan bu planetdə həyat əlamətləri axtarmadıqlarını, lakin atmosferdə tapılan hidrogen sulfidin bu planetə doğru bir addım ola biləcəyini bildirib.

Araşdırmanın digər planetlərin əmələ gəlməsi ilə bağlı fikir əldə etməkdə rol oynaya biləcəyini ifadə edən Fu, kükürdün karbon, azot və oksigen kimi kompleks molekulların meydana gəlməsində əhəmiyyətli olduğunu ifadə edib.

Hidrogen sulfidin lax yumurtaya bənzəyən pis qoxu yaydığı bilinir.

Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu