Daxili işlər naziri Gəncədə vətəndaşları qəbul edəcək


Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək.


DİN Mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, qəbul oktyabrın 10-da Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında baş tutacaq. V.Eyvazov Gəncə, Goranboy, Naftalan, Göygöl, Samux, Kəlbəcər, Xocalı şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 09.10.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu