ABŞ Tayvana 228 milyon dollar dəyərində hərbi texnika satmağa hazırlaşır


ABŞ Çinlə suverenlik mübahisəsində olan Tayvana 228 milyon dollar dəyərində hərbi texnikaların ehtiyat hissələrinin satışı, təmiri və yenidən göndərilməsi ilə bağlı qərarlı olduğunu açıqlayıb.



ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Dövlət Departamentinin mümkün satışı təsdiqləməkdə qətiyyətini ifadə etdiyinə dair açıqlama verib.

Açıqlamada Tayvana veriləcək hərbi texnikanın ehtiyat hissələrinin satışı, təmiri və yenidən göndərilməsinin ümumi dəyərinin 228 milyon dollar olduğu bildirilib.

Mümkün satışın bölgədə siyasi sabitliyin, hərbi tarazlığın və iqtisadi tərəqqinin qorunmasına kömək edəcəyi və Tayvanın hazırkı və gələcək təhdidlərin öhdəsindən gəlmək qabiliyyətini artıracağı bildirilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu