Məşhur rejissor "Netflix"i məhkəməyə verib


Hindistanlı kinorejissor Soham Şah Amerikanın striminq xidməti "Netflix"i məhkəməyə verib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Nyu Yorkun Cənub Dairəsinin federal məhkəməsinin elektron məlumat bazasında dərc olunan sənədlərə görə, o, "Squid Game" seriyasının onun "Fortune" filminin açıq plagiatı olduğunu iddia edir.

"The Squid Game"in əsas süjeti, personajları, mövzusu, atmosferi, quruluşu və hadisələrin ardıcıllığı "Fortune" ilə heyrətamiz dərəcədə oxşardır. Belə oxşarlıqlar təsadüf ola bilməz", - iddiada deyilir.

"Squid Game" həyatı dalana dirənmiş insanların böyük pul mükafatı qazanmaq üçün özlərini riskə atdıqları gizli sağ qalma oyunundan bəhs edir. Layihə 2021-ci ilin sentyabrında "Netflix"də yayımlanıb.

"Netflix" isə bildirir, Soham Şahın iddiasının heç bir əsası yoxdur. "The Squid Game" cənubi koreyalı rejissor Huang Dong-hyuk tərəfindən yaradııb. Biz bu məhsulu qorumağa qətiyyətlə sadiqik”, - deyə şirkətdən bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu