“Squid game” şənliyində atışma: 8 ölü, 7 yaralı-VİDEO


Panamada “Squid game” (“Kalmar oyunu”) mövzulu Halloven şənliyində 8 nəfər ölüb, 7 nəfər yaralanıb.


“Qafqazinfo” xarici KİV-nə istinadən xəbər verir ki, hadisə oktyabrın 29-da baş verib.

Ehtimal olunur ki, iki yerli dəstə partiyaya silahlı hücum təşkil edib. Nəticədə, 5 nəfər güllələnib. Bundan başqa, daha 3 nəfərin cəsədi yaxınlıqdakı zibilxanadan tapılıb. 7 nəfər isə xəsarət alıb.

Ölkə rəsmiləri bildirib ki, hadisə bir nəfərin rəqib dəstə üzvlərinə qarşı atəş açmasından sonra olub.

Hadisə ilə bağlı saxlanılanlar var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu