İsveçrə Alplarında 2 min illik Roma hərbi düşərgəsi tapılıb
İsveçrənin şərqindəki Alp dağlarında 2000 illik qədim Roma hərbi düşərgəsi aşkar edilib. Kəşf bölgənin strateji əhəmiyyətini ortaya çıxarsa da, Roma tarixi ilə bağlı əhəmiyyətli tapıntılar təmin etdiyi bildirilib.
Arxeoloqlar 2021-ci ildən bəri bölgədə Roma tarixi ilə bağlı araşdırmalar aparırlar. Xüsusilə Qədim Romanın Suanetes qəbiləsi ilə qarşılaşdığı döyüş meydanını tədqiq etməyə fokuslanan komanda layihədə iştirak edən bir könüllü sayəsində keçən il məqsədlərinə çatıb.
O, dəniz səviyyəsindən təxminən 2220 metr hündürlükdə dağlarda əvvəllər məlum olmayan hərbi düşərgə tapıb.
Komanda LiDAR texnologiyasından istifadə edərək ərazini ətraflı araşdırıb və düşərgənin strateji əhəmiyyətli yerdə olduğunu müəyyən edib. Düşərgənin ətraf vadiləri müşahidə etməyə imkan verdiyi güman edilir.
Tədqiqatçılar hərbi düşərgənin üç səngər və divarla möhkəmləndirildiyini müəyyən ediblər. Bazel Universitetinin tələbələrinin iştirakı ilə aparılan qazıntılar zamanı atılan güllələr və ayaqqabı mismarları tapılıb. Güllələrin üzərində Romanın Üçüncü Legionunun nişanları var. Bu legionun məlum döyüş düşərgəsi ilə əlaqəli olduğu düşünülür.
Mənbə: Independet