Mask: Daim unuduram ki, Bayden hələ də ABŞ-a rəhbərlik edir


Elon Mask daim unudur ki, ABŞ-a hələ də əvvəllər prezidentlik yarışından çəkildiyini elan edən Co Bayden rəhbərlik edir.


AFN.az xəbər verir ki, bu barədə o, özü X-də yazıb.

"Mən unuduram ki, texniki cəhətdən Bayden hələ də ölkəni idarə edir" - deyə iş adamı bildirib.

Mask Respublikaçılar Partiyasından seçki yarışında iştirak edən keçmiş Amerika lideri Donald Trampı dəstəkləyir, həmçinin Ağ Evin indiki rəhbərinin fəaliyyətini mütəmadi olaraq tənqid edir. Daha əvvəl Mask heç kimin Birləşmiş Ştatlara nəzarət etməməsini təklif etmiş, həmçinin Baydeni qeyri-qanuni miqrasiya problemini həll edə bilməməkdə günahlandırmışdı.

Ölkədə prezident seçkiləri noyabrın 5-də keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu