İsveçrə Bağdad səfirliyini 33 ildən sonra yenidən açıb


İsveçrə 33 ildən sonra Bağdaddakı səfirliyini yenidən açıb.



Xarici İşlər Nazirliyindən verilən açıqlamada, İsveçrənin 1991-ci il Körfəz Müharibəsi zamanı bağladığı İraqdakı səfirliyini 33 il sonra açdığı qeyd edilib.

Bəyanatda qeyd olunub ki, Federal Şura Bağdad səfirliyini yenidən açmaqla İraqla ikitərəfli əlaqələri gücləndirmək və iqtisadi, təhlükəsizlik və miqrasiya mövzularında əməkdaşlığı dərinləşdirmək məqsədi daşıyır.

Bu addımın Federal Şuranın 2021-24 Yaxın Şərq və Şimali Afrika (MENA) Strategiyasının hədəfi çərçivəsində atıldığı da ifadə edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu