Az qala milçək dişləməsindən öləcəkdi


Şotlandiyanın Qlazqo şəhərində ailəsi ilə birlikdə gəzintiyə çıxan Nataşa Judge milçək dişləməsindən az qala həyatını itirəcəkdi. Piknikdə onu həşərat dişlədiyini düşünən və bu vəziyyətə əhəmiyyət verməyən Nataşa indi hamını xəbərdar edir.


37 yaşlı Nataşa Judge iyulun 23-də ailəsi ilə parkda piknikdə olarkən bilmədən at milçəyi dişləyib. Həmin axşam Nataşa sol bud nahiyəsində dişləmə olduğunu, ertəsi gün isə bu nahiyənin qızardığını və səpgi əmələ gəldiyini görüb.

O, antihistaminik dərmanlardan istifadə edərək vəziyyəti nəzarət altına almağa çalışsa da, bir neçə gündən sonra ayağında dözülməz ağrılar hiss etməyə başlayıb. Ağrılar o qədər şiddətli olub ki, Nataşa bunu hətta doğum sancılarından daha pis adlandırır.

Vəziyyəti pisləşdiyindən Nataşa evdə kinoya baxarkən qəfil huşunu itirib. Gənc ana dərhal xəstəxanaya aparılıb və Kilmarnockdakı Krosshouse Universitet Xəstəxanasında təcili əməliyyat olunub. Həkimlər dişləmənin yoluxduğunu və absesin əmələ gəldiyini bildiriblər.

Əməliyyatdan sonra 5 gün xəstəxanada qalan Nataşa həkimlərin infeksiyanın sepsisə çevriləcəyindən narahat olduğunu bildirib. "Bu piknik az qala həyatıma baha başa gələcəkdi" deyən Nataşa insanların at milçəyi dişləmələrinə qarşı diqqətli olması lazım olduğunu vurğulayıb.

O, xəbərdarlıq edib ki, Şotlandiyada yayılmış bu milçək növünün ümumiyyətlə zərərsiz olduğu düşünülsə də, infeksiya halında bunun ciddi nəticələri ola bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu