Yoqada səhv hərəkət iflicə səbəb oldu
Kaliforniyada yaşayan 32 yaşlı qadın çətin akroyoqa hərəkətindən sonra iflic olub. Bu faciəli hadisədən sonra onun ailəsi və cəmiyyət Abby üçün xeyriyyə kampaniyasına başlayıb.
ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində yaşayan 32 yaşlı Abby Veiss idmana olan həvəsi və akroyoqanı sevməsi ilə tanınırdı. Lakin iyun ayında etdiyi çətin akroyoqa məşqi nəticəsində yıxılaraq onurğa beynini zədələyib və iflic olub.
Veiss yoqa ilə akrobatikanı birləşdirən akroyoqa həvəskarı olub.
Gənc qadın akroyoqa ilə məşğul olarkən daha çətin bir hərəkət etmək istəyib, lakin o, yıxılaraq onurğa beynini zədələyərək, boyundan aşağı iflic vəziyyətə düşüb.
Abbeyin atası onun akroyoqaya həvəsli olduğunu və bu ehtirasın indiki vəziyyətinə səbəb olduğunu bildirib.
Qəzadan əvvəl akrooqanın nə olduğu haqqında heç bir fikri olmadığını bildirən ata, "Bilsəydim, ona bunu etməməsini deyərdim, amma məni dinləməzdi" deyib.
Atası Abbiyə yeni həyatında dəstək olmaq üçün xeyriyyə kampaniyasına başlayıb. İndiyədək 155 min dollardan çox ianə toplanıb.
Abbinin ailəsi onun hərəkət qabiliyyətini bərpa edəcəyinə ümid edir, lakin həkimlər heç bir zəmanət olmadığını deyirlər.
Mənbə: Mirror