Banqladeşdə 4 gün əvvəl baş verən yanğında 130-dan çox adam itib


Avqustun 25-də Banqladeşin Narayanqanc bölgəsindəki təkər fabrikində baş verən yanğında qismən dağılmış binanın dağıntıları altında itən və ya qapalı qaldığı güman edilən 130-dan çox adamın axtarışları davam edir.


Yerli “Dhaka Tribune” qəzetinin məlumatına görə, yanğınsöndürmə idarəsinin rəsmiləri yanğının bir gün sonra nəzarət altına alındığını, lakin kiçik yanğınların davam edə biləcəyini bildiriblər.

Yerli məmurlar təkər fabrikində baş verən yanğında 130-dan çox adamın itkin düşdüyünü bildirib və binada dronlarla axtarış apardıqlarını, lakin hələlik axtarışların nəticəsiz qaldığını bildirib.

Yanğının uzun sürməsi, kimyəvi maddələr və suyun təzyiqi səbəbindən 6 mərtəbəli fabrik binasının qismən dağıldığı və bununla da itkin düşənlərin axtarışının çətinləşdiyi bildirilib.

Çox miqdarda kimyəvi maddə yandığı üçün cəsədlər olsa belə, bu şərtlərlə onları tapmaq mümkün deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu