Keir Starmer: Oktyabrda təqdim ediləcək büdcə ağrılı olacaq


Britaniyanın baş naziri Keir Starmer hökumətin ictimaiyyətdən böyük tələblər irəli sürməli olacağını və oktyabrın 30-da təqdim olunacaq büdcə layihəsində ağrılı qərarların yer alacağını bildirib.



Starmer Baş nazirlik bağçasındakı çıxışında 30 oktyabrda təqdim edilməsi planlaşdırılan büdcədə vergi artımı və xərc kəsimlərindən qaçmağın mümkün olmayacağına diqqət çəkib.

İngilislərin ölkə üçün uzun müddətli yaxşılıq üçün qısa müddətli ağrıları qəbul etmək məcburiyyətində qalacağını ifadə edən Starmer, oktyabrda təqdim olunacaq büdcənin ağrılı olacağını deyib.

Əvvəlki 14 illik mühafizəkar hökumətdən yalnız iqtisadi bir qara dəliyi deyil, sosial qara dəliyi miras aldığını vurğulayan Starmer, ölkənin təməllərini gücləndirmək üçün sərt addımlar atmaq lazım olduğunu söyləyib.

Baş nazir Starmer, maliyyə naziri Rachel Rivesin oktyabrın 30-da açıqlayacağı büdcədə nələrin baş verəcəyi ilə bağlı təfərrüatları açıqlamasa da, onun çıxışı vergi artımının və xərclərin azaldılmasının bariz əlaməti hesab edilib.

Normal vaxtlarda yeni hökumət hakimiyyətə gəldikdən sonra atacağı ilk addımları dəyərləndirmək üçün 100 gün gözlədiyi halda, iyulun əvvəlində seçilən İşçi Partiyasının erkən addımlar atması da diqqət çəkib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu