Finlandiyanın Rusiya ilə sərhədinə yaxın ərazilerində 5 minlik NATO briqadası yerləşdiriləcək


Finlandiyanın Mikkeli şəhərində, Rusiya ilə sərhəd yaxınlığında NATO-nun 4-5 min əsgərdən ibarət zirehli briqadası yaradılacaq.


AFN.az xəbər verir ki, bu barədə "İltalehti" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qərarın yaxın həftələrdə rəsmən açıqlanacağı gözlənilir.

Nəşr yazır ki, yaradılan bölmə həm də FLF (İrəli Quru Qoşunları) kimi tanınır.

Finlandiyanın bir neçə NATO ölkəsi ilə ölkə ərazisinə qoşun yeritməsi ilə bağlı danışıqlar aparıldığı haqda məlumat bir neçə gün əvvəl açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu