Hindistanda körpə uşaq ilanı dişləyərək öldürüb


Hindistanın Bihar əyalətində körpə ilanı oyuncaq olduğunu düşünərək dişləyib, öldürüb. Səhiyyə rəsmiləri körpənin vəziyyətinin yaxşı olduğunu açıqlayıb.



Hindustan Times qəzetinin məlumatına görə, ştatın Rajauli bölgəsində 1 yaşlı körpənin ailəsi uşaqlarının oynayarkən gördüyü ilanı dişlədiyini və bunun oyuncaq olduğunu düşündüyünü bildirib.

İlanın öldüyünü deyən ailə hadisədən sonra körpənin xəstəxanaya aparıldığını bildirib.

Səhiyyə rəsmiləri körpənin vəziyyətinin yaxşı olduğunu və musson dövründə zəhərsiz ilanın tez-tez görülə biləcəyini qeyd ediblər.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu