Çin şirkəti Pentaqonu məhkəməyə verir


Çinin aparıcı çip avadanlığı istehsalçısı AMEC, şirkətin Çin hərbi şirkətləri siyahısına daxil edilməsinə görə ABŞ Müdafiə Nazirliyinə qarşı Amerika məhkəmələrində iddia qaldırıb.


Bu barədə sənaye müəssisəsinin yaydığı məlumatda deyilir.

“AMEC-in bu siyahıya salınması səhv idi, bu tədbir real faktları nəzərə almır, bunun heç bir hüquqi əsası yoxdur. Bundan başqa, bu, AMEC-in nüfuzuna ciddi zərbə vurub”, - deyə şirkətin şərhində bildirilir.

AMEC-in sədri Yin Zhiyaonun sözlərinə görə, şirkət ABŞ Müdafiə Nazirliyinin onu yenidən hərbi fəaliyyətlə bağlı müəssisələr siyahısına daxil etməsindən dərin sarsıntı keçirir: “Biz əminik ki, məhkəmə AMEC-i Çin hərbi şirkətləri siyahısından çıxarmaq üçün ədalətli qərar verəcək”, - deyə o vurğulayıb.

Bəyanatda aydınlıq gətirilir ki, 14 yanvar 2021-ci ildə Pentaqon AMEC-i hər hansı hərbi fəaliyyətdə iştirak etməsə də ÇXR-in kommunist hərbi şirkətləri siyahısına əlavə edib. Lakin çinli istehsalçı şikayət edib inandırıcı dəlillər təqdim etdikdən sonra ABŞ hakimiyyəti həmin il iyunun 3-də onu siyahıdan çıxarıb.
“AMEC ABŞ Müdafiə Nazirliyinibu səhv qərarını ləğv etməyə məcbur etmək tələbi ilə məhkəməyə getməyi zəruri hesab edir. Belə bir addım anlaşılmazlıqları aradan qaldırmağa, AMEC-in qanuni hüquq və maraqlarını, habelə onun səhmdarlarının, müştərilərinin və tərəfdaşlarının maraqlarını qorumağa kömək etməlidir”, - deyə açıqlamada bildirilir.
Pentaqon yanvarın 31-də Şanxayda yerləşən AMEC-i Çin hərbi şirkətləri siyahısına əlavə edib. Bu siyahı ABŞ-ın 2021-ci maliyyə ili üçün Müdafiə Büdcəsi Aktına uyğun olaraq tərtib edilmişdir. Belə bir qərar avtomatik olaraq məhdudiyyətlərin tətbiqinə səbəb olmur, lakin Amerika hökuməti “müvafiq təşkilatlarla bağlı əlavə tədbirlər görmək hüququnu özündə saxlayır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu