Keçən ay indiyə qədər müşahidə edilən ən isti iyul kimi qeydə alınıb


ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) ölçmələrinə görə, ötən ay indiyədək müşahidə edilən ən isti iyul kimi qeydə alınıb.


NOAA tərəfindən verilən açıqlamada, iyul ayında ölçülən orta qlobal səth temperaturunun 20-ci əsrin orta göstəricisindən 1,21 dərəcə yüksək olduğu bildirilir.

NOAA-nın 175 illik qlobal məlumatlarına görə, tarixdə ən isti iyul eyni zamanda ən yüksək temperaturla ardıcıl 14-cü ay olub.

Bəyanatda həmçinin qeyd olunub ki, Afrika, Avropa və Asiya qitələri tarixdə ən isti iyulu yaşasa da, Şimali Amerika ikinci ən isti iyulu yaşayıb.

Ətraf Mühit üzrə Milli Mərkəzin (NCEI) qlobal illik temperatur reytinqinə əsasən, 2024-cü ilin rekord ən isti il olma ehtimalı yüzdə 77, ən isti 5 il arasında olmsı isə artıq məlumdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu