Ukrayna ordusu sərhədin 12 kilometr içərisinə daxil olub


Ukrayna Rusiya ərazisinə 12 kilometr daxil olaraq 28 yaşayış məntəqəsini nəzarətə götürüb.


Rusiya prezidenti Vladimir Putin ölkəsinin bu hücuma cavab verəcəyini bildirib. Zaporojya Atom Elektrik Stansiyasında baş verən yanğınla bağlı Rusiya və Ukrayna arasında qarşılıqlı ittiham yağışı yaşanıb.

Ukrayna bir müddətdir ki, müharibəni Rusiya ərazisinə gətirməyə çalışır. Bu məqsədlə sərhədə yaxın rayonlarda, xüsusilə Kurskda əməliyyatlar təşkil edir.

Kursk qubernatoru Aleksey Smirnovun açıqlamasına görə, Ukrayna ordusu sərhədin 12 kilometr içərisinə daxil olub, 40 kilometr enində ərazidə toqquşmalar gedir.

76 min insanın təxliyə edildiyi bölgə ilə bağlı qubernator "Vəziyyət ağırdır" deyib. O bildirib ki, 28 yaşayış məntəqəsi Ukraynanın nəzarətindədir.

Qubernator həmçinin Ukraynanın kimyəvi silahdan istifadə etdiyini iddia edib. Belqorodun Krasnoyarujskiy rayonu üçün də təxliyə əmri verilib və 11 min insan bölgəni tərk edib.

Ukraynanın Rusiya ərazisindəki əməliyyatlarını dəyərləndirən Rusiya prezidenti Putin Kiyevin danışıqlarda mövqeyini yaxşılaşdırmağa çalışdığını bildirib: “Rusiya Ukraynanın hücumuna cavab verəcək".

Bölgədə daha bir qızğın hadisə Ukraynanın cənub-şərqindəki Zaporojya Atom Elektrik Stansiyasında baş verən yanğındır, soyuducu qülləni zədələyən yanğın söndürülüb.

Moskva yanğında Kiyevi günahlandırsa da, ziddiyyətli bəyanatlar gəldi.

İlhaq edilmiş Zaporojyaya təyin olunmuş qondarma qubernator yanğının Ukrayna artilleriyasının atəşi nəticəsində baş verdiyini bildirib. Zavod sözçüsü hücumun Ukrayna PUA-ları tərəfindən həyata keçirildiyini iddia edib.

Ukraynanın Rusiyaya qarşı ittihamı prezident Vladimir Zelenskinin özündən gəlib. Zelenski Rusiyanın başlatdığı yanğından sonra elektrik stansiyasında radiasiya göstəricilərinin normal olduğunu açıqlayıb.

Beynəlxalq Atom Enerjisi Agentliyi də stansiyada nüvə təhlükəsizliyinə təhlükə olmadığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu