Sosial media zorakılığı şiddətləndirdi: İngiltərə nəzarəti artırır


İngiltərədəki son zorakılıq hadisələri ədliyyə sisteminin ciddi tənqid edilməsinə səbəb olub.


Daxili İşlər Naziri Yvette Cooper sosial mediada yayılan dezinformasiyanın zorakılığa səbəb olduğunu vurğulayıb. O, saxta xəbərlərin yayılmasının qarşısını almaq üçün sosial media şirkətlərində yoxlamaların arta biləcəyini bildirib.

İngiltərə küçələri sağçı ekstremistlərin zorakı hərəkətləri ilə qarışıb. Hadisələrdə sosial medianın rolu ədliyyə sistemi ilə bağlı müzakirələrə səbəb olub.

İngiltərədəki hadisələr Southportda 3 qızın bıçaqlanması ilə alovlanıb.

Hücum edənin müsəlman gənc olması ilə bağlı yalan sosial mediada yayılıb. Hadisənin dezinformasiya olduğu ortaya çıxsada, lakin ölkədəki ifrat sağçı ekstremistlər günlərlə küçələrdə terror törədiblər.

Ölkədə 2011-ci ildən bəri ən böyük küçə toqquşmaları baş verib. 700-dən çox adam saxlanılıb. Həbs olunanların sayı 350 nəfəri ötüb.

Baş verənlər ölkədə ədliyyə sisteminin qeyri-kafi olması ilə bağlı müzakirələrə də səbəb olub.

Daxili işlər naziri İvette Kuper deyib ki, ictimaiyyət polisə və qanuna hörmətini itirib.

O, sosial mediada yayılan dezinformasiyanın bu zorakılığa təkan verdiyini vurğulayıb.

Britaniyalı nazir saxta xəbərlərin yayılmasının qarşısını almaq üçün sosial media şirkətləri üçün qaydaların sərtləşdirilə biləcəyini açıqlayıb.

Britaniyanın ədliyyə naziri Şabana Mahmud da bildirib ki, zorakılıq hadisələri onsuz da pis vəziyyətdə olan ədliyyə sistemini daha da gərginləşdirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu