Fransada "anti-müsəlman" jurnalist polis tərəfindən mühafizə ediləcək
Fransa daxili işlər naziri Gerald Darmanin Fransanın LCI televiziya kanalında çalışan Mərakeş əsilli yəhudi jurnalist Ruth Elkriefin "hədəf" edildiyini iddia edərək, bu şəxsə polis tərəfindən qoruma təmin etdiklərini bildirib.
Darmanin deyib ki, polisin mühafizəsi ilə bağlı qərar “Yalmaz Fransa” (LFI) partiyasının lideri Jan-Lük Melenşonun jurnalistlə bağlı sosial şəbəkədəki paylaşımından sonra verilib.
Televiziya ekranlarında İsrail tərəfdarı sərt çıxışları ilə tanınan jurnalistin polis tərəfindən müdafiəsi təmin edildikdən sonra solçu deputatlar hökumətə reaksiya verib.
Fələstini dəstəkləyən LFI millət vəkilləri sosial media hesablarında paylaşdıqları paylaşımlarda oktyabrın 7-dən bəri ifrat sağçı ekstremistlər tərəfindən təhdid olunduqlarını, bu təhdidləri hər fürsətdə dilə gətirdiklərini, lakin hökumətin onlara polis mühafizəsi vermədiyini bildiriblər.