ABŞ yerləşdirilən nüvə başlıqlarının sayını artıra bilər


ABŞ yerləşdirilən nüvə başlıqlarının sayını artıra bilər, lakin bununla bağlı qərarı prezident verməlidir.


AFN.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi vəzifəsini icra edən Vipin Naranq deyib.

Onun sözlərinə görə, ÇXR, KXDR və Rusiyanın nüvə silahı ilə bağlı siyasətində dəyişikliklər olmasa, Birləşmiş Ştatlar yerləşdirilən qüvvələrin sayını dəyişmək lazım gələcək nöqtəyə gələ bilər. "Hazırda nüvə silahlarının ehtiyatlarını artırmağa ehtiyac yoxdur, lakin rəqiblərimiz indiki yolu ilə davam etsələr, yerləşdirilən silahların sayına düzəlişlər etmək lazım gələ bilər", - deyə Naranq bildirib.

Narangq qeyd edib ki, bu qərarı yalnız Birləşmiş Ştatların prezidenti verə bilər. O, həmçinin ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivana istinadən qeyd bildirib ki, Vaşinqton nüvə arsenallarını yaratmağı vacib hesab etmir ki, əlindəki döyüş başlıqlarının sayı rəqiblərinin ümumi ehtiyatlarından çox olsun.

"Əksinə, biz yalnız düşmənləri etibarlı şəkildə çəkindirmək və amerikalıları, müttəfiqlərimizi və tərəfdaşlarımızı təhlükəsiz saxlamaq üçün lazım olanı yerləşdirməyə sadiqik" - deyə köməkçi qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu