BMT: Efiopiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 500-ə çata bilər


Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi Efiopiyanın cənubunda baş verən sürüşmə nəticəsində ölənlərin sayının 500-ə çata biləcəyini açıqlayıb.



Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardım Koordinasiya Ofisinin (OCHA) verdiyi açıqlamaya görə, bazar günü Efiopiyanın cənubundakı Qofa dağlıq bölgəsində leysan yağışları nəticəsində baş verən torpaq sürüşməsidə aralarında qadın və uşaqların da olduğu 257 nəfər həyatını itirib, 12 yaralı xəstəxanaya yerləşdirilib.

Açıqlamaya görə, ölənlərin sayı 500-ə çata bilər.

Məlumatda yerli hakimiyyət orqanları, Efiopiya Qızıl Xaç Cəmiyyəti və ictimaiyyətin dəstəyi ilə axtarış-xilasetmə işlərinin davam etdiyi, axtarış-xilasetmə qruplarının avadanlığın olmaması səbəbindən çılpaq əl və kürəklə torpağı qazmağa çalışdığı bildirilib.

Açıqlamada ən az 15 min insanın hələ də sürüşmə riski olan ərazilərdə yaşadığı xəbərdarlığı edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu