Gürcüstan ABŞ-a münasibətlərin bərpasını təklif edir


Gürcüstan hakimiyyəti ABŞ-a münasibətləri bərpa etməyi təklif edir və Vaşinqtonun qarşılıqlı addımlarına ümid edir.


Bu barədə ölkənin baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib.

“Biz amerikalı tərəfdaşlarımıza fərqli gündəm təklif etmək istəyirik. Son üç-dörd il ərzində münasibətlərin nə qədər pisləşdiyini bilirsiniz”, - deyə Kobaxidze bildirib. O, əlavə edib ki, ölkə hakimiyyəti ABŞ-ın bu istiqamətdə praqmatik qərarlar verəcəyini gözləyir.

Kobaxidzenin fikrincə, münasibətləri bərpa etmək üçün ilk növbədə ədalətli yanaşma lazımdır. "Gürcüstan bunun üçün lazım olan maksimum sayda addımı atacaq. Əsas odur ki, Amerika hakimiyyətinin nümayəndələri də belə addımlar atır" - deyə baş nazir qeyd edib.

ABŞ Müdafiə Nazirliyi keçən həftə 2024-cü ilin yayında keçirilməsi planlaşdırılan ABŞ-Gürcüstan birgə hərbi təlimi Noble Partnerin strateji münasibətlərə yenidən baxılması səbəbindən qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu