Pedro Sançes korrupsiya istintaqında ifadə verəcək


İspaniyanın baş naziri Pedro Sançes həyat yoldaşına qarşı korrupsiya istintaqında şahid qismində ifadə verəcək.



Məhkəmədən verilən açıqlamada bildirilib ki, hakim Xuan Karlos Peinado iyulun 30-da saat 11:00-da rəsmi iqamətgahında Sançesi şahid qismində dinləyəcək.

Madrid məhkəməsi İspaniyanın baş naziri Pedro Sançesin həyat yoldaşı Beqona Qomezlə bağlı korrupsiya istintaqında iyulun 30-da ifadə verəcəyini açıqlayıb.

Sançes korrupsiya və nüfuz alveri ilə bağlı iddiaların araşdırılmasını onu və solçu hökumətini zəiflətmək cəhdi kimi qiymətləndirib.

Məhkəmədən verilən açıqlamada bildirilib ki, hakim Xuan Karlos Peinado iyulun 30-da saat 11:00-da rəsmi iqamətgahında Sançesi şahid qismində dinləyəcək.

Məhkəmə bildirib ki, Sançesin həyat yoldaşı nüfuz alverində şübhəli bilinərək dindiriləcək.

Mənbə: Bloomberg



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu