Cammu və Kəşmirdə qiyamçıların hücumları nəticəsində 7 əsgər həlak olub
Hindistanın Cammu və Kəşmir bölgəsində üsyançılarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 7 Hindistan əsgəri və 6 üsyançı ölüb.
Milli mətbuatda yer alan xəbərə görə, Cammu və Kəşmirin Kathua bölgəsinin Maçedi kəndi ərazisində hind əsgərlərini daşıyan avtomobil üsyançılar tərəfindən qumbaraatan və avtomat silahlarla hücuma məruz qalıb.
Səlahiyyətlilər hücumda 5 əsgərin öldüyünü, 6 əsgərin yaralandığını, qaçan müqavimətçilərin tutulması üçün əməliyyatın başladığını bildirib.
Kulqam bölgəsində baş verən iki ayrı qarşıdurmada 2 əsgər həlak olub, 6 üsyançı isə öldürülüb.
Hücumların baş nazir Narendra Modinin Rusiyaya səfəri zamanı baş verməsi diqqət çəkib.