ÜST: Kosmetik məhsullarda olan talk mineralı xərçəngə səbəb ola bilər


Ümumdünya Səhiyyə Təşkilatına bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) kosmetik məhsullarda tapılan talk mineralının insanlarda xərçəngə səbəb ola biləcək mümkün kanserogen kimi təsnif edildiyini açıqlayıb.



IARC-dən verilən açıqlamada 29 tədqiqatçının kosmetik məhsullarda tapılan talkla bağlı elmi araşdırmaları araşdırdığı bildirilib.

Açıqlamada insanların mədənlərdə və kağız sənayesində işləyərək və ya kosmetik məhsullar istifadə edərək "talk" mineralına məruz qaldığı ifadə edilərək, perineal nahiyyədə talk olan bədən tozu istifadə etdiyini bildirən qadınlarda yumurtalıq xərçəngi hallarının davamlı olaraq artdığı vurğulanıb.

Təbii olaraq asbest minerallarının yanında aşkar edilən talkın Qrup 2A kanserogen maddəsi olaraq təsnif edildiyi və mineralın sınaq heyvanlarında xərçəngə səbəb olduğuna dair kifayət qədər sübut olduğu qeyd edilib.

Araşdırılan elmi məqalələrdəki tapıntıların talka məruz qalan dişi siçanlarda bədxassəli şişlərin, erkək siçanlarda isə həm xoşxassəli, həm də bədxassəli şişlərin aşkar edildiyi bildirilib.

IARC-nin araşdırmaları "The Lancet Oncology" jurnalında dərc olunan məqalədə yer alıb.

Qeyd edək ki, ABŞ-ın kosmetika və gigiyena məhsulları istehsalçısı "Johnson & Johnson" şirkəti iyunun 12-də uşaq pudrası və digər talk əsaslı məhsulların xərçəngə səbəb olması iddiası ilə bağlı 42 ​​ştat və paytaxt Vaşinqtonun apardığı araşdırmaları həll etmək üçün 700 milyon dollar ödəməyə razılaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu