Xərçəngə qarşı yeni müalicə üsulu





ABŞ-ın Oreqon ştatındakı universitetin alimləri xərçəngə qarşı yeni mübarizə üsulunu kəşf ediblər.

Alimlər xərçəng hüceyrələrini məhv etmək üçün maqnit nano hissəciklərdən istifadə etmək qərarına gəliblər. Nano hissəciklər xərçəng şişinə yeridilir sonra isə dəyişən maqnit sahəsinin təsirinə məruz qalır. Nəticədə hissəciklər 38 dərəcəyə qədər isinir və xərçəng hüceyrələri məhv olur.

Qeyd edilir ki, bəzi xərçəng növlərinə birbaşa inyeksiya mümkün deyil. Buna görə də yumurtalıq və prostat xərçəngini müalicə etmək üçün damar vasitəsilə yeridilmə nəzərdə tutulub.

Alimlər üçün ən çətin olan iş isə uyğun gələn nano hissəcik müəyyən etmək olub. Seçiləcək nano hissəcikləri müntəzəm olaraq insan orqanizminə yeritməyin mümkün olması çox vacibdir. Bu zaman nano hissəciklər lazım olan tempratura qədər isinməlidirlər. (Unikal.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu