Makron baş nazirin istefasını qəbul etmədi


Fransa prezidenti Emmanuel Makron baş nazir Qabriel Attalın istefasını qəbul etməkdən imtina edib.


AFN.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

“Prezident ölkənin sabitliyini təmin etmək üçün Qabriel Attaldan hələlik baş nazir vəzifəsində qalmağı xahiş edib”, – deyə nəşr Yelisey sarayının nümayəndələrinə istinadən yazıb.

Attal Makrona istefa məktubunu bu gün təqdim edib. Siyasətçinin qərarına iyulun 7-də keçirilən parlament seçkilərinin ikinci turunun nəticələri səbəb olub. Yeni Xalq Cəbhəsinin rəhbəri Jan-Lyuk Melenşon hökuməti qurmağa hazır olduğunu bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu