Makron Rusiyaya səfər edə bilər


“Fransa Prezidenti Emmanuel Makronun Rusiyaya səfər etməsi və ölkə Prezidenti Vladimir Putinlə görüşü istisna edilmir”.


AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal “France Info” radiosunun efirində bu məsələyə dair suala cavab verərkən deyib.

Attal bununla belə bu barədə qərarın hələ qəbul edilmədiyini bildirib.

Xatırladaq ki, yanvarın 31-i Putin və Makron arasında telefon danışığı baş tutub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu