Avropa İttifaqına sədrlik 6 ay müddətinə Macarıstana keçib


Macarıstan 6 ay müddətində Avropa İttifaqı (Aİ) üzvləri arasında rotasiya üzrə sədrlik edəcək.



Bu gündən etibarən Macarıstan mandatı Belçikadan götürüb.

Aİ-yə üzv dövlətlər arasında hər 6 aydan bir rotasiya edən dövr sədrliyi 2025-ci il yanvarın 1-dək Macarıstan tərəfindən həyata keçiriləcək.

Dövrün sədrliyinin şüarını "Avropanı yenidən möhtəşəm et" olaraq təyin edən Macarıstan bunun "aktiv və təşəbbüskar sədrliyi; üzv ölkələr birlikdə daha güclüdür və Avropa müstəqil qlobal oyunçu ola bilər" rəmzi olduğunu bildirib.

Macarıstanın baş nazir Viktor Orbanın rəhbərlik etdiyi dövr sədrliyi 6-9 iyun tarixlərində keçirilən Avropa Parlamentinə seçkilərin Aİ administrasiyasını yenidən formalaşdırdığı dövrə təsadüf edib. Bu səbəbdən dinamik qanunvericilik prosesi olmasa da, Budapeştin siyasi baxışının gündəmdə olduğu bir dövr olacağı gözlənilir.

Macarıstan hökuməti son illərdə ölkədə demokratik prinsiplərin aşağı düşməsi səbəbilə Aİ administrasiyası ilə gərginlik yaşayır.

Macarıstanın Birlik qanunlarını pozduğu səbəbi ilə barəsində məhkəmə prosesi aparılan AB fondlarından alacağı məbləğin əhəmiyyətli bir hissəsi bu səbəbdən bloklanıb.

Macarıstan bu vəzifəni 2025-ci il yanvarın 1-də Polşaya təhvil verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu