Şimali Koreya şərqə doğru ballistik raket atdı

Cənubi Koreya Şimali Koreyanın şərqə doğru ballistik raket atdığını açıqlayıb.
Yonhap-ın xəbərinə görə, Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada Şimali Koreyanın səhər saatlarında şərqə doğru ballistik raket atdığı bildirilib.
Açıqlamada raketlə bağlı əlavə təfərrüat paylaşılmasa da məsələ ilə bağlı araşdırmanın davam etdiyi bildirilib.