Litva: Ukrayna ilə bağlanan təhlükəsizlik müqaviləsi 10 illik əməkdaşlıq çərçivəsi yaratdı


Litva və Ukrayna prezidentləri Gitanas Nauseda və Vladimir Zelenski tərəfindən imzalanan ikitərəfli təhlükəsizlik müqaviləsi bu sahədə əməkdaşlığın 10 il müddətinə çərçivəsini müəyyən edir.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Litva liderinin mətbuat xidməti məlumat yayıb.

Müqavilə imzalandığı andan 10 il müddətində qüvvədə olacaq kibertəhlükəsizlik, kəşfiyyat və əks-kəşfiyyat, kimyəvi, bioloji, radioloji və nüvə riskləri ilə mübarizə sahələrində əməkdaşlığı nəzərdə tutur.

Sənəddə strateji və siyasi dialoq çərçivəsində təhlükəsizlik məsələlərinin bütün spektri, Litvanın Ukraynaya hərbi, humanitar və maliyyə yardımı göstərilməsi, onun iqtisadi və enerji sabitliyinin möhkəmləndirilməsində iştirak üzrə mütəmadi görüşlərin keçirilməsi nəzərdə tutulur.

Razılaşma Aİ-nin Brüsseldə keçirilən sammiti çərçivəsində imzalanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu