Aİ bu gün Ukrayna və Moldova ilə üzvlük danışıqları prosesinə başlayacaq


Ukrayna və Moldova ilə üzvlük danışıqlarının başlanacağı görüş üçün Avropa İttifaqı ölkələrinin Avropa məsələlərinə cavabdeh nazirləri bir araya gəlib.



İyunun 27-28-də keçiriləcək sammit öncəsi Ümumi Məsələlər Şurasının iclası üçün Avropa İttifaqı (Aİ) ölkələrinin Avropa işlərinə məsul nazirləri sonuncu dəfə bir araya gəlib.

Lüksemburqda başlayan görüşdən əvvəl mətbuata açıqlama verən Belçikanın xarici işlər naziri Hadja Lahbib nazirlərin Avropa Parlamenti (AP) seçkilərindən sonra AB administrasiyasını yenidən formalaşdıracaq sammitə hazırlıqları müzakirə edəcəklərini bildirib.

Lahbib bu günü tarixi gün kimi qiymətləndirərək, görüş çərçivəsində Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlanılacağını, ilk addım olan Hökumətlərarası Konfransların keçiriləcəyini xatırladıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu