Özbəkistan prezidenti: Müstəqil və azad Fələstin dövlətinin yaradılması vacibdir


"Qəzzada sabit və davamlı sülhə nail olmaq üçün əlbəttə ki, müstəqil və azad Fələstin dövlətinin yaradılması lazımdır”.


Bu barədə Özbəkistanın prezidenti Şafkat Mirziyoyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Mirziyoyev demokratiya və insan haqlarını müdafiə edən aparıcı dövlətlərin Qəzzadakı vəhşiliyə göz yumduğunu deyib: "Bu zorakılığa son qoyulmalı və sülh prosesi başlanmalıdır".

“Qəzza fəlakəti”nin İsrail-Fələstin probleminin həll edilməməsinin nəticəsi kimi qiymətləndirildiyini vurğulayan Mirziyoyev qeyd edib ki, Qəzzada sabit və daimi sülhə nail olmaq üçün müstəqil və azad bir Fələstin dövlətinin qurulması lazımdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu