Keçən ay dünyanın ən isti mayı olaraq qeydə alınıb


Avropa Birliyinin "Kopernik" peyk izləmə sistemi tərəfindən aparılan ölçmələrə görə, ötən ay dünyada indiyə qədər qeydə alınan ən isti may olub.



Keçən ay ölçülən səth havasının orta temperaturunun 1991-2020-ci illər dövrü üçün may ayı ortalamasından 0,75 dərəcə yüksək olduğu ifadə edilib.

Açıqlamada ötən ayın dünya miqyasında indiyə qədər qeydə alınan ən isti may olduğu, beləliklə, son 12 ayın dalbadal ən isti ay elan edildiyi bildirilib.

Kopernik İqlim Dəyişikliyi Xidmətinin direktoru Carlo Buontempo açıqlamasında "12 aylıq bu ardıcıllığa çatmağımız şokedicidir, lakin təəccüblü deyil. Bu rekord qıran aylar silsiləsi gec-tez kəsilsə də iqlim dəyişikliyinin ümumi izləri hələ də qalmaqdadır" deyə vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu