"Koreyalararası Müqavilə" dayandırılır


Cənubi Koreya prezidenti Yoon Suk Yeol Şimali Koreyanın tərkibində “zibil” olan şar göndərməsinə cavab olaraq 2018-ci ildə imzalanmış və hərbi gərginliyi azaltmaq məqsədi daşıyan Koreyalararası Müqavilənin dayandırılmasını tələb edən təklifi təsdiqləyib.


"Yonhap"ın xəbərinə görə, "zibil gərginliyi" ilə bağlı keçirilən kabinet iclasından sonra prezident Yoon Koreyalararası Sazişin dayandırılmasını tələb edən təklifi imzalayıb.

Nazirlər Kabinetinin iclasında çıxış edən Baş nazir Han Duk-sun “Şimali Koreyanın davamlı təxribatları təkcə xalqımızın həyatını və təhlükəsizliyini böyük təhdid etmir, həm də ölkədə və Koreya yarımadasında sülhü ciddi şəkildə pozur" - deyə bildirib.

Razılaşmanın dayandırılmasının ölkə qanunları çərçivəsində qanuni olduğunu bildirən Han bildirib ki, bu, 19 sentyabrda imzalanmış hərbi müqaviləyə uyğun olaraq Hərbi Demarkasiya Xətti yaxınlığında məhdudlaşdırılmış təlimlərə icazə verir: "Həmçinin bu bizə imkan verir ki, Şimali Koreyanın təxribatlarına qarşı daha adekvat və təcili tədbirlər görək”.

Baş nazir Han həmçinin Şimali Koreyanı Koreya yarımadasında sülh və sabitliyə təhlükə yaradan bütün təxribatları dərhal dayandırmağa və Cənub və Şimal arasında ortaq rifah yolunda irəliləməyə çağırıb.

Müdafiə nazirinin müavini Ço Çanq-rae mətbuata açıqlamasında bildirib ki, bu tədbir ordun 2018-ci il müqaviləsi ilə məhdudlaşdırılan bütün hərbi fəaliyyətini normallaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu