İran ilin sonuna kimi Avrasiya İqtisadi Birliyində müşahidəçi ölkə ola bilər
İran ilin sonuna kimi Avrasiya İqtisadi Birliyinin (Aİİ) müşahidəçi dövləti ola bilər.
Bu barədə iyunun 4-də Nesvijdə Assosiasiyanın hökumətlərarası şurasının yekunlarına həsr olunmuş mətbuat konfransında Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlama verib.
“Müəyyən prosedurlar var. Onlara əməl olunarsa, İranın Aİİ-də müşahidəsi ilə bağlı qərar təxminən bu ilin sonunda verilə bilər”, - deyə o, qeyd edib.