"Microsoft" Rusiyanı Parisdə keçirilən Olimpiadanı gözdən salmağa çalışmaqda ittiham edib


Rusiya 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarını nüfuzdan salmağa çalışır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, "Microsoft" tədqiqatçıları bu qənaətə gəliblər.

Analitiklərin fikrincə, Rusiyada məqsədi Beynəlxalq Olimpiya Komitəsinin (BOK) və Oyunların təşkilatçılarının reputasiyasını ləkələmək olan videoçarxlar hazırlanır. "Microsoft" həmçinin Rusiyanı Olimpiadaya hazırlıqlari, o cümlədən təhlükəsizliklə bağlı problemləri təsvir edən müxtəlif dillərdə saxta xəbərlər yaymaqda ittiham edib.

"Microsoft" təşkilatçılara xəbərdarlıq edib ki, Rusiya oyunlar ərəfəsində və ya oyun zamanı etiraz aksiyaları keçirməklə Parisdə təxribatlar törədə bilər. "Bu, ictimai qavrayışı manipulyasiya etmək və qorxu və qeyri-müəyyənlik hissləri yaratmaq üçün istifadə ediləcək" - deyə araşdırmada vurğulanır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu