Böyük Britaniya "Microsoft"un "Activision Blizzard"ı almasını təsdiqləyib


Britaniya Rəqabət və Bazarlar Təşkilatı (CMA) "Microsoft"un bulud oyun hüquqları istisna olmaqla "Activision Blizzard"ı almasını təsdiqləyib.


Qurum "Microsoft"un bulud oyun hüquqları istisna olmaqla "Activision"u almasının bazarda rəqabətqabiliyyətli qiymətlərə və xidmətə zərər verməyəcəyi qənaətinə gəlib.

"Activision Blizzard"ın bulud oyun hüquqlarını "Ubisoft" alacaq.

Bu ilin aprel ayında CMA, "Microsoft"un bulud oyun bazarının gələcəyini dəyişdirəcəyinə dair narahatlıqlar səbəbiylə təxminən 69 milyard dollara "Activision"u almasını blokladığını açıqlayıb.

"Microsoft", keçən ay "Activision Blizzard"ı satın almaq üçün tənzimləyici orqana yeni bir razılaşma təqdim edib.

Strukturlaşdırılmış razılaşma çərçivəsində "Microsoft"un qarşıdakı 15 il ərzində satışa çıxarılacaq bütün mövcud və yeni "Activision" oyunları üçün bulud axını hüquqlarını əldə etməyəcəyi və bu hüquqların "Microsoft"un "Activision"u əldə etməsindən əvvəl "Ubisoft Entertainment SA"ya satılacağı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu