Zelenski G7 sammitində iştirak etməyə bilər
Ukrayna prezidenti Vladimir Zelenski 13-15 iyunda İtaliyanın Apuliya əyalətində keçiriləcək G7 sammitində iştirak etməyə bilər.
AFN.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib. "Təəssüf ki, Zelenskinin G7 sammitində fiziki olaraq iştirak edəcəyini təsdiq və ya təkzib edə bilmərəm", - deyə Nikiforov vurğulayıb.
Onun sözlərinə görə, Zelenski tədbirdə bu və ya digər şəkildə - canlı və ya onlayn iştirak edəcək.
Bundan əvvəl İtaliyanın baş naziri Giorgia Meloni Vladimir Zelenskinin sammitdə iştirak edəcəyini bildirmişdi.