ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb

ABŞ-ın Nyu-Meksiko ştatında hərbi təyyarənin Albukerke hava limanı yaxınlığında qəzaya uğradığı açıqlanıb.
Albukerke hava limanının sözçüsü Diana Lopez təyyarənin hava limanının cənub tərəfində qəzaya uğradığını açıqlayıb.
Mətbuat katibi Lopez təyyarədə tək olan pilotun müalicə aldığını bildirib.
Yaxınlıqdakı Kirtland Hərbi Hava Bazasının qəza ilə bağlı araşdırma apardığı açıqlanıb.
Səlahiyyətlilər bunun hansı tip təyyarə olduğuna dair rəsmi açıqlama verməsələr də, ABŞ mətbuatında təyyarənin F-35 olduğu iddia edilib.
Mənbə: AP