Rusiya Mərkəzi Asiyanın ilk atom elektrik stansiyasını Özbəkistanda tikəcək


Rusiya ilə Özbəkistan arasında Özbəkistanda aşağı gücə malik atom elektrik stansiyasının tikintisinə dair müqavilə imzalanıb.


Rusiya prezidenti Vladimir Putin rəsmi səfərdə olduğu Özbəkistanın paytaxtı Daşkənddə Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

Görüşün mətbuata açıq hissəsində çıxış edən Putin Özbəkistanı “strateji tərəfdaş və müttəfiq” olaraq xarakterizə edərək bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi keçən il təxminən 30 faiz artıb.

Rusiyanın Özbəkistandakı birbaşa investisiyalarının 10 milyard dollara çatdığını bildirən Putin Özbəkistanda 3 min rus kapitallı şirkətin fəaliyyət göstərdiyini bildirib.

Mirziyoyev isə Putinin səfərini "tarixi" adlandırıb: "Səfər ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrində yeni bir dövrün başlanğıcından xəbər verir".

Rusiya nefti, neft məhsulları və təbii qazın Özbəkistana nəqlini artırmaq üçün müqavilələr imzalandığını bildirən Mirziyoyev, Özbəkistanın təbii qaz nəqli infrastrukturunun da inkişaf etdiriləcəyini qeyd edib.

Kremldən səfərlə bağlı verilən açıqlamada tərəflər arasında aparılan danışıqlardan sonra 20 milyard dollara yaxın müxtəlif müqavilələrin imzalandığı bildirilib.

Açıqlamaya görə, imzalanan sazişlər arasında Rusiyanın Özbəkistanda aşağı gücə malik atom elektrik stansiyası tikməsi də var. Reallaşacağı təqdirdə Orta Asiyada ilk atom elektrik stansiyası olacaq layihə ilə bağlı başqa təfərrüatlar açıqlanmayıb.

İki ölkə arasında müdafiə, terrorla mübarizə və texnologiya mübadiləsinə dair sazişlər də imzalanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu